
- A-
- A
- A+
Mərkəzi Bankda yeni təyinat - Foto
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsinin rəhbəri vəzifəsinə təyinat olub.
Bizim.Media xəbər verir ki, bu vəzifə İlkin Alimova həvalə edilib.
İlkin Alimov 2016-cı ildən Azərbaycan Mərkəzi Bankında çalışır.
O, 2022-ci ilin aprelindən 2025-ci ilin yanvarınadək Bankın Ödəniş və Hesablaşma Sistemləri departamentinin Hökumət Ödəniş Portalında baş ödəniş dəstəyi mütəxəssisi vəzifəsində işləyib.
2025-ci ilin yanvarından 2026-cı ilin mayınadək AMB-nin İnformasiya Texnologiyaları Əməliyyatları departamentinin ödəniş tətbiqlərinə dəstək bölməsində baş mütəxəssis kimi fəaliyyət göstərən Alimov, 2026-cı ilin may-oktyabr aylarında həmin departamentin Hökumət Ödənişləri bölməsində ödəniş sistemlərinin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsini tutub.
O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsində fəaliyyətini davam etdirir. (Bakivaxti.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































