Elmar Məmmədyarovdan ittihamlara CAVAB – “Gəlinim erməni deyil” – VİDEO  

Elmar Məmmədyarovdan ittihamlara CAVAB – “Gəlinim erməni deyil” – VİDEO  

Hazırda oxunan: Elmar Məmmədyarovdan ittihamlara CAVAB – “Gəlinim erməni deyil” – VİDEO  
67477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov haqqında yayılan bir sıra iddialara aydınlıq gətirib. 

Bizim.Media xəbər verir ki, “Baku TV”nin qonağı olan eks-nazir ilk növbədə nazirlikdəki həbslərlə bağlı ölkədən çıxışına qadağa qoyulması məsələsinə münasibət bildirib: 

“Yalan sözdür. Qadağanı qoyan pandemiyadır. COVİD-ə görə ölkədən çıxmağın mənası yox idi. Heç getməyə yer də yox idi. Lakin qeyd olunan nöqsanlar var idi. Məhkəmədə sübuta yetirilib və həmin şəxslər pulları geri qaytarıblar”. 
 

MÖVZU İLƏ BAĞLI:

Elmar Məmmədyarov gəlini haqqında: "Erməni ilə qan qohumluğumuz yoxdur"


Elmar Məmmədyarov oğlunun erməni əsilli xanımla ailə həyatı qurması iddialarını da təkzib edib: 

“Düzgün məlumat deyil. Kiçik oğlumla gəlinim birlikdə Nyu-York Universitetində təhsil alıblar. Gəlinimin bir tərəfi italyan, bir tərəfi irlandiyalıdır. Onu da deyim ki, soyadı Zappola idi, sonra soyadını dəyişib və Məmmədyarova familiyasını götürüb. Oğlumla birlikdə ailə həyatlarına davam edirlər”. 

Sabiq nazir oğluna ABŞ-dan 4.5 milyon dollara mənzil almasına da münasibət bildirib: 

“Bu mənim şəxsi məsələmdir. Gərək ilk növbədə bank bu sualı versin. Lakin cavab verəcəm. Bəli, 2 mənzil almışam uşaqlar üçün. Düz bir ildir Amerika bankı ilə təmasda idik. Yəni ev almaq o demək deyil ki, mən çemodanla pulu Amerikaya aparmışam. O banka həmin vəsaitlərin hər sentinin hesabatları təqdim edilib. Köçürmə baş tutub, mənzilləri almışam. Bir ata kimi, gərəkdir ki, mən övladlara mülk alım”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO