SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat aldı

SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat aldı

Hazırda oxunan: SOCAR-ın Türkiyədəki törəmə şirkətləri mükafat aldı
66253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətləri - STAR Neft Emalı Zavodu və "SOCAR Petrol Ticaret" mükafata layiq görülüblər.

Bizim.Media bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, mükafatları İstanbul Kimya Məhsulları İxracatçıları Birliyi təqdim edib.

"İxracatın Ulduzları-2021" üzrə "SOCAR Petrol Ticaret" birinci, STAR Neft Emalı Zavodu isə ikinci yeri tutub.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq SOCAR-ın Türkiyədəki şirkətləri uğurlu nəticələr əldə edib, istehsal və satışı fasiləsiz davam etdirib, yerli sənayeçilərin ixracını dəstəkləyib.

Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin "Petkim" neft-kimya kompleksinin səhmlərinin 51%-ni əldə edərək bu ölkədə fəaliyyətə başlayıb (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO