Ukrayna ordusu gürcü legionu ilə birlikdə daha bir rus kolonunu məhv etdi - VİDEO

Hazırda oxunan: Ukrayna ordusu gürcü legionu ilə birlikdə daha bir rus kolonunu məhv etdi - VİDEO

65765

Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri Ukrayna torpaqlarına doğru irəliləyən düşmən kolonuna artilleriya zərbəsi endirib.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, martın 20-də internetdə daha bir rus karvanının məhv edilməsinin fotoşəkilləri yayılıb.

Yerlə bağlı təfərrüatlar açıqlanmasa da, düşmənin məhv edilməsi Silahlı Qüvvələrin rəsmi Facebook səhifəsində yer alıb.

“Həqiqətən xəbər veririk: kolonu dağıtdılar. Bu, Ukrayna xalqına növbəti hesabatımızdır. Biz sizə sədaqət andı verdik və sözümüzü yerinə yetiririk: düşmənin dərin arxa cəbhəsində Ukrayna Müdafiə Qüvvələrinin əsgərləri rusların daha bir kolonunu məhv etdilər.

Bu, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən olan qardaşlarımız və Gürcüstan legionu ilə sıx əməkdaşlıq nəticəsində baş verdi. Partlayış yerində düşmənin canlı qüvvəsi tanınmaz hala salınıb”, - məlumatda deyilir. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO