Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Hazırda oxunan: Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

631000

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxslərin dəyişdirilməsi əməliyyatını həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.
 

Qeyd olunub ki, mübadilə çərçivəsində 8 nəfər Rusiyaya, 7 nəfər isə Ukraynaya təhvil verilib. Prosedur “Novaya Quta” keçid məntəqəsində baş tutub.


Hadisə yerində Belarusun təcili tibbi yardım heyəti və feldşerləri növbətçilik edib.

Xatırladaq ki, mülki şəxslərin bundan əvvəlki mübadiləsi iyunun 27-də baş tutmuşdu. Həmin vaxt Ukrayna tərəfi 5-i Kursk vilayətinin sakini olmaqla, ümumilikdə 7 mülki şəxsi Rusiyaya qaytarmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO