Oktyabrın 22-də Bakıda III İslam Maliyyə Forumu (İMF’26) keçiriləcək.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşəbbüsü ilə təşkil olunan forumda Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, İslam bankçılığı və sığortası, alternativ maliyyələşmə alətləri, eləcə də bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunacaq.
Tədbir “Azərbaycanda İslam bankçılığının və sığortasının yeni dövrü”, “İslam maliyyəsinin sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları”, “İslam maliyyəsi sahəsində kadr hazırlığı və beynəlxalq sertifikasiya” adlı üç panel sessiyasını əhatə edəcək.
Qeyd edək ki, forum dövlət qurumlarının, maliyyə institutlarının, bank sektorunun, akademik dairələrin və beynəlxalq ekspertlərin iştirakı ilə İslam maliyyəsi sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma rolunu oynayacaq.
Bu tədbir ərəfəsində haqlı bir sual doğur: İslam bankçılığının tətbiqinin gecikməsinə səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov təəssüflə bildirib ki, İslam bankçılığının tətbiqi ilbəil ləngiyir:
“Sonuncu dəfə deyildi ki, bununla bağlı qanun layihəsi parlamentə təqdim edilib. Amma parlament hələ ki, qanun layihəsinin müzakirəsinə başlamayıb. Bu da onu göstərir ki, ölkəmizdə İslam bankçılığına maraq çox azdır. Halbuki İslam bankçılığı Azərbaycana çox lazımdır.
Baxmayaraq ki, bütün dinlər sələmçiliyi inkar edir. Amma bu gün dünyada banklar əsasən sələmçiliklə məşğul olur. Hazırda digər inancın daşıyıcısı olan insanlar da İslam bankçılığına böyük maraq göstərir.
Digər tərəfdən ölkəmizdə kifayət qədər mömin var ki, onlar öz pullarını ənənəvi banklara qoymur. Çünki bizim banklar sadəcə sələmçidir. Bu səbəbdən də ölkəmizdə böyük ölçüdə maliyyə resursu “sandıq yatırımı”na çevrilib. Bu vəsaitin aktiv dövriyyəyə qaytarılması üçün İslam bankçılığı vacibdir. Amma bu maliyyə sisteminin nə zaman ölkəmizdə tətbiq olunacağını demək çox çətindir”.
Məlumat üçün bildirək ki, İslam bankçılığı islam hüququnun mənəvi prinsiplərinə əsaslanan müasir maliyyə sistemidir. Bu sistemdə ən əsas fərq faiz (riba) anlayışının tamamilə qadağan edilməsi və əməliyyatların real aktivlərə, yəni ticarət və sərmayəyə söykənməsidir.
Bank ilə müştəri arasındakı münasibət borc verən və alan kimi deyil, şərikli mənfəət və zərərin bölüşdürülməsi prinsipi üzərində qurulur. Beləliklə, islam bankları maliyyə risklərini tərəflər arasında ədalətli şəkildə bölüşdürərək sabit iqtisadi model təqdim edir. Günümüzdə bu model təkcə müəlman ölkələrində deyil, qlobal maliyyə bazarında da sürətlə populyarlıq qazanır.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:30 / 23.10.2026
Banklarla bağlı yeni MODEL – Azərbaycanda nə vaxt tətbiq olunacaq?
Hazırda oxunan: Banklarla bağlı yeni MODEL – Azərbaycanda nə vaxt tətbiq olunacaq?
Hazırda oxunan: Banklarla bağlı yeni MODEL – Azərbaycanda nə vaxt tətbiq olunacaq?
643675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































