Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var

Hazırda oxunan: Naməlum şəxs avtomobili piyadaların üzərinə sürdü - 7 ağır yaralı var
603915
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərənin Derbi şəhərində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində yeddi nəfər ağır xəsarət alıb.

Bizim.Media “The Independent”ə istinadla xəbər verir ki, hadisə ilə bağlı 30 yaşlarında bir şəxs saxlanılıb.

Məlumata görə, hadisə şənbə günü axşam saat 21:30 radələrində şəhərin “Friar Gate” ərazisində baş verib.
 

Derbişir polisinin yaydığı açıqlamaya əsasən, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları yeddi nəfərə ilkin yardım göstərdikdən sonra onları xəstəxanaya çatdırıblar.


Bildirilib ki, zərərçəkənlər müxtəlif dərəcəli ağır xəsarətlər alsalar da, onların həyatları üçün təhlükə yoxdur.

Hadisədən qısa müddət sonra Hindistan əsilli olduğu bildirilən 30 yaşlarında bir şəxs saxlanılıb.

O, qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük nəticəsində ağır xəsarətlər yetirmə, həmçinin digər ittihamlar üzrə şübhəli bilinir və hazırda polis nəzarətində saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO