Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO

Hazırda oxunan: Xaçmazda hazırda vəziyyət necədir? - RƏSMİ CAVAB - VİDEO
603847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz rayoninda  ötən gün qeydə alınan təbii fəlakətin nəticələri aradan qaldırılır.
 

MÖVZU İLƏ BAĞLI: 

Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO


Bu barədə Xaçmaz RİH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Anar Oruclu Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, rayonda güclü sel suları ümumilikdə 33 yaşayış məntəqəsində 537 evi basıb.

Ən kritik vəziyyət rayonun Cığatay kəndində və İstisu qəsəbəsində qeydə alınıb. İstisuda 150, Cığatayda isə 80 ev sel suları ilə dolub.
 

Anar  Oruclu ötən gündən evlərdən suyun çəkilməsinə başlanıldığını deyib. Onun sözlərinə görə, bu gün də FHN-in Şimal Regional Mərkəzi və digər qurumlarla birgə ayrılmış briqadalar fəsadların aradan qaldırılması işlərini davam etdirəcəklər.


Qeyd edək ki, sel suları Cığatay kəndindəki ibtidai məktəbin həyətini və zirzəmisini də basıb.

Bu barədə məktəbin direktoru Vəfa Musayeva paylaşım edib.

Xaçmaz FHK-nın sədri Anar Oruclu Cığatay kənd ibtidai məktəbinin su basmış ərazilərində də təmizləmə işləri aparılacağını deyib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO