Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi

Hazırda oxunan: Çoxumuzun tərəvəz hesab etdiyi bitki ən sağlam meyvə seçildi
597292
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-lı ekspertlərin qida sıxlığı reytinqinə görə, gündəlik süfrəmizdə tez-tez yer alan pomidor 20,37 bal toplayaraq bütün meyvələri geridə qoyub.

Bizim.Media verir ki, baxmayaraq ki, çoxları pomidoru tərəvəz hesab edir, elmə görə o, meyvə sayılır.

Onun bu qədər faydalı olmasının əsas səbəbi tərkibindəki likopen maddəsidir.

Likopen güclü antioksidantdır və ürək-damar xəstəliklərinin qarşısını almağa, damarları qorumağa, bəzi xərçəng növlərinə qarşı müdafiə yaratmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, pomidor bişirildikdə faydasını itirmir, əksinə likopenin orqanizm tərəfindən mənimsənilməsi daha da artır.

Siyahıda pomidordan sonra limon və çiyələk gəlir.

2026-cı ilin qidalanma hesabatına görə, ümumi qida dəyəri və qoruyucu təsiri nəzərə alındıqda pomidor ən sağlam meyvə seçilib. (Qaynarinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO