Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə minəcək

Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə minəcək

Hazırda oxunan: Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə minəcək
646252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı ev təsərrüfatlarının uçotu ilə əlaqədar şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik edilib.

Yeni qaydalara əsasən, ev təsərrüfatı üzvlərinin fərdi identifikasiya nömrəsi (FİN) qeydə alınacaq. FİN olmadıqda bu barədə müvafiq qeyd aparılacaq.

Bundan başqa, şəxsin qohumluq əlaqəsi, cinsi, doğulduğu tarix və yer, vətəndaşlığı və milliyyəti barədə məlumatlar şəxsi hesaba daxil ediləcək.
 

Şəxsin yaşayış yeri ilə bağlı məlumatların qeydiyyatı da dəqiqləşdirilib. Belə ki, yaşayış yeri dedikdə şəxsin həmin ünvanda 12 ay və daha çox müddətdə yaşaması və ya ən azı 12 ay yaşamaq niyyətində olması nəzərdə tutulur.


Yeni qaydalara görə, şəxsin həmin ünvanda qeydiyyatda olub-olmaması, qeydiyyata alındığı il, qeydiyyatda olmadığı halda isə faktiki qeydiyyat ünvanı da göstəriləcək.

Bundan əlavə, yaşayış sahəsinin kirayə götürülməsi zamanı yazılı kirayə müqaviləsinin, yoxsa şifahi razılaşmanın əsas götürüldüyü barədə məlumat qeydə alınacaq.

Qeyd edək ki, dəyişikliklər ev təsərrüfatlarının uçotu zamanı toplanan məlumatların əhatəsini genişləndirir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO