Qış Olimpiadasında xoşagəlməz HADİSƏ: İsrail idmançıları qarət olundu

Qış Olimpiadasında xoşagəlməz HADİSƏ: İsrail idmançıları qarət olundu

Hazırda oxunan: Qış Olimpiadasında xoşagəlməz HADİSƏ: İsrail idmançıları qarət olundu
595234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında xoşagəlməz hadisə baş verib.

Bizim.Media xəbər verir ki, bobsley üzrə İsrail milli komandası qarət olunub.

Bu barədə yığma üzvü Adam Edelman sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, naməlum şəxslər komandanın otağına daxil olaraq, idmançılara məxsus pasportları və 3000 ABŞ dolları dəyərində əşyaları oğurlayıblar.
 

Oğurluq hadisəsindən sonra ianə kampaniyasına start verilib. İdmançılara təkcə oğurlanmış əşyaları geri qaytarmaq üçün deyil, həm də Olimpiadaya hazırlıq məqsədilə götürülmüş kreditləri, avadanlıq icarəsini və məşqçilərin maaşlarını ödəmək üçün lazım olan 100 000 dollardan 77 000 dolları toplanıb.


Qeyd edək ki, “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO