Venesuelada narkotik daşıyan təyyarə vuruldu

Venesuelada narkotik daşıyan təyyarə vuruldu

Hazırda oxunan: Venesuelada narkotik daşıyan təyyarə vuruldu
588098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Venesuela Hərbi Hava Qüvvələri 2025-ci ildə narkotik qaçaqmalçılığında iştirak edən 39 təyyarəni məhv edib.

Bizim.Media xəbər verir ki, bunu Nikolas Maduro Venezolana de Televisión televiziya kanalında deyib.

Onun sözlərinə görə, bununla da narkotik qaçaqmalçılığına qarşı mübarizə qanununun qəbul edilməsindən bəri məhv edilən belə təyyarələrin ümumi sayı 430-a çatıb: "Silahlı qüvvələrimizi, ərazi müdafiə kompleksimizi və xüsusən də hava hücumundan müdafiə və hərbi aviasiyamızı təbrik etmək istəyirəm, çünki dünən (28 dekabr – red.) Apure ştatında bu il 31-ci narkotik qaçaqmalçılığı təyyarəsi vurulub".

O əlavə edib ki, 29 dekabrda Braziliya ilə sərhəd yaxınlığındakı Amazonas ştatında hərbi aviasiya səkkiz narkotik qaçaqmalçılığı təyyarəsini məhv edib və bununla da 2025-ci ildə təyyarələrin ümumi sayı 39-a çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO