Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var – FOTO

Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var – FOTO

Hazırda oxunan: Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var – FOTO
586073
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İtaliyanın şimalındakı Stelvio Milli Parkında 200 milyon ildən çox yaşı olduğu təxmin edilən minlərlə dinozavrın ayaq izi aşkar edilib.

Bizim.Media xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, izlər sentyabr ayında təbiət fotoqrafı tərəfindən aşkar edilib və ilk dəfə bu gün keçirilən mətbuat konfransında ictimaiyyətlə paylaşılıb.
 

Yüzlərlə metr uzanan bu izlərin 200 milyon ildən çox yaşı olduğu təxmin edilir. Yüksək hündürlükdə yerləşməsinə baxmayaraq, bu qalıqlar yaxşı qorunub saxlanılıb və barmaq ilə caynaq izləri aydın görünür.


Onun "prosauropod" növü olduğu düşünülür.

Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var – FOTO - foto 1


Şəkillərin ilkin təhlilləri göstərir ki, izlər Trias dövrünün sonlarında yaşamış uzunboyunlu, kiçik başlı ot yeyən "prosauropod" dinozavrlarına aid ola bilər. Milandakı Təbiət Tarixi Muzeyi və İtaliyadakı Berqamo Universiteti də izlərin aşkar edildiyi ərazini "Avropa qitəsində tapılan Trias dövrünə aid ən vacib fosil yeri" kimi təsvir edib.

Minlərlə dinozavrın ayaq izi tapıldı: 200 milyon ildən çox yaşı var – FOTO - foto 2


Qeyd edilib ki, əraziyə piyada getmək mümkün olmadığı üçün izlərin daha əhatəli araşdırılması üçün pilotsuz uçuş aparatları və məsafədən zondlama texnologiyalarından istifadə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO