“Kristal” və “Zambaiti Parati” arasında yeni memorandum imzalanıb!

“Kristal” və “Zambaiti Parati” arasında yeni memorandum imzalanıb!

Hazırda oxunan: “Kristal” və “Zambaiti Parati” arasında yeni memorandum imzalanıb!
585639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kristal interyer materialları üzrə dünya miqyasında tanınmış İtaliya brendi “Zambaiti Parati” ilə əməkdaşlığını daha da gücləndirir. Tərəflər arasında yeni memorandum imzalanıb ki, bu sənəd mövcud iş birliyinin strateji şəkildə genişləndirilməsini nəzərdə tutur.

Memorandum “Zambaiti Parati” şirkətinin Group CEO-su Davide Zambaiti və Kristalın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev tərəfindən imzalanıb.

Sənəd iki qurum arasında uzun müddətdir davam edən qarşılıqlı əməkdaşlığı rəsmi şəkildə təsdiqləyir.

“Kristal” və “Zambaiti Parati” arasında yeni memorandum imzalanıb! - foto 1

“Zambaiti Parati” beynəlxalq bazarda yüksək keyfiyyətli, İtaliya istehsalı divar kağızlarının istehsalında qabaqcıl və premium brend kimi tanınır. Şirkət illərdir texnologiya, dizayn və material keyfiyyəti sahəsində liderlərdən biri olaraq seçilir. Yeni razılaşma çərçivəsində “Zambaiti Parati” məhsulları Kristalın bir sıra layihələrində - “City Garden Narimanov”, “Park Yasamal”, “Highland Residence” və “Biləcəri” komplekslərində istifadə olunacaq.

“Kristal” və “Zambaiti Parati” arasında yeni memorandum imzalanıb! - foto 2

Memorandum hazırda tikinti mərhələsində olan layihələri əhatə edir və əsasən mənzillərin və ümumi sahələrin tamamlanma mərhələsində tətbiq olunan interyer dekorasiyasına yönəlib. Razılaşma çərçivəsində Kristal zal, yataq otaqları və ümumi istifadə zonalarının dizaynında “Zambaiti Parati”nin divar kağızlarını istifadə edəcək.

“Kristal” və “Zambaiti Parati” arasında yeni memorandum imzalanıb! - foto 3

“Kristal
” və “Zambaiti Parati” əməkdaşlığını gələcəkdə daha geniş çərçivədə davam etdirməyi planlaşdırır.

Ətraflı: *1544

kristal.az


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO