Komitə sədri: “Təhsil sektorunun müdirinin maşını yoxdur ki, məktəbə getsin”

Komitə sədri: “Təhsil sektorunun müdirinin maşını yoxdur ki, məktəbə getsin”

Hazırda oxunan: Komitə sədri: “Təhsil sektorunun müdirinin maşını yoxdur ki, məktəbə getsin”
580361
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün müvafiq orqanların, xüsusilə, Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunması zərurətə çevrilib. Bu, təqdirəlayiqdir. Amma düşünürəm ki, bu, düşünülmüş şəkildə həyata keçirilməlidir. Məsələn, Ağcabədi böyük rayondur, bu gün aqrar inkişaf mərkəzində cəmi 6 mütəxəssis var. Böyük rayon üçün bu ştatlarla xidmət göstərmək mümkün deyil. Digər sahələrdə də belə anlaşılmazlıq var”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Əksər yerlərdə gözətçi, xadimə ştatı ləğv edib. Xadiməni, gözətçi ştatını ləğv etmək asandır, amma onlara çörək vermək lazımdır. Minlərlə belə ştatlar ləğv edilib. Bu, büdcəyə qənaət deyil, ziyan vurmaqdır. Təhsil sektorunun müdirinin xidməti maşını, əlavə vəsaiti yoxdur ki, məktəbə getsin. Bu ştatlar niyə kəsilməlidir?!”- deyə deputat qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO