Alimlər prostat xərçənginin yeni müalicə üsulunu tapdılar

Alimlər prostat xərçənginin yeni müalicə üsulunu tapdılar

Hazırda oxunan: Alimlər prostat xərçənginin yeni müalicə üsulunu tapdılar
646784
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çikaqo Universiteti, Fred Hatçinson Onkologiya Mərkəzi və digər elmi müəssisələrin tədqiqatçıları prostat xərçəngi hüceyrələrinin daha aqressiv olmasına və müalicəyə davamlılıq qazanmasına imkan verən əvvəllər məlum olmayan mexanizm aşkar ediblər.

Alimlərin fikrincə, müəyyən RNT molekuluna təsir etməklə şişlərin mövcud dərmanlara həssaslığını bərpa etmək mümkündür.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

Prostat xərçənginin erkən mərhələlərində bir çox şiş androgen reseptorunun aktivliyindən asılı olur. Bu zülal xərçəng hüceyrələrinin böyüməsinə kömək edir. Buna görə də müalicə əsasən onun fəaliyyətinin qarşısını almağa yönəldilir.

Lakin zaman keçdikcə bəzi şişlər bu müalicəyə uyğunlaşır. Xərçəng hüceyrələri androgen reseptorundan asılılığını itirir və müalicəsi daha çətin olan neyroendokrin prostat xərçənginin xüsusiyyətlərini qazanır.

Tədqiqatçılar müəyyən ediblər ki, bu keçid zamanı xüsusi nəqliyyat RNT-sinin – tRNAArg (UCU)-1 molekulunun səviyyəsi azalır. Bu molekul zülalların istehsalında iştirak etməklə yanaşı, şiş hüceyrələrinin xüsusiyyətlərini qorumağa və onların müalicəyə həssaslığını saxlamağa da kömək edir.

Alimlər müəyyən ediblər ki, sözügedən RNT-nin səviyyəsinin azalması DNT-nin təşkilində və hüceyrə funksiyalarının qorunmasında iştirak edən SMARCC2 zülalının miqdarını da azaldır. Nəticədə xərçəng hüceyrələrinin xüsusiyyətləri dəyişir və şiş androgen reseptoruna təsir edən dərmanlara davamlılıq qazana bilir.

Eksperimentlər zamanı tədqiqatçılar tRNAArg (UCU)-1 RNT-sinin və ya SMARCC2 zülalının səviyyəsini bərpa etməklə androgen reseptorunun aktivliyini yenidən artırmağa və davamlı xərçəng hüceyrələrinin müalicəyə həssaslığını yüksəltməyə nail olublar

Alimlər, həmçinin bu nəqliyyat RNT-sinin aktivliyini qorumağa kömək edən iki zülal – TARDBP və ZSCAN29-u müəyyən ediblər.

Kəşf RNT-yə təsir edən yeni müalicə üsullarının, o cümlədən onun çatışmazlığını aradan qaldıran sintetik molekulların hazırlanmasına əsas yarada bilər. Bu yanaşma potensial olaraq şişləri əvvəlki dərmanlara cavab verməyən prostat xərçəngi xəstələrinin müalicəsində artıq mövcud preparatlardan yenidən istifadə etməyə imkan verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO