Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO

Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO

Hazırda oxunan: Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO
579301
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar Rayon Heydər Əliyev Mərkəzində gənclər arasında “Qəhrəmanların yolu” adlı intellektual yarış təşkil olunub.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Qusar rayonunun şəhər və kənd məktəblərini təmsil edən 8-ci sinif şagirdlərindən ibarət 7 komandanın iştirakı ilə keçirilmiş yarışda məktəblilər 2 turda rəqabət aparıblar.

Sonda yarışın iştirakçıları və qalib komandalar diplom və medallarla təltif olunublar.
 

Həmçinin Qusar Rayon Veteranlar Təşkilatı və Qusar Dövlət Ləzgi Dram Teatrının birgə təşkilatçılığı  ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “Şəhid anası” adlı tədbir keçirilib.


Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Qusar Veteranlar Təşkilatının Sədri Faiq Qardaşov, həmçinin şəhid bacısı və müharibə iştirakçısı çıxış edərək, Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs ediblər.
 

Bundan əlavə, Qusar Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.


Qusar rayonunun təhsil müəssisələrində də 8 Noyabr-Zəfər Günü, 9 Noyabr-Dövlət Bayrağı Günü, 12 Noyabr-Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib.

Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO - foto 1
Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO - foto 2
Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO - foto 3
Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO - foto 4
Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO - foto 5
Zəfər Günü münasibətilə Qusarda silsilə tədbirlər keçirilib - FOTO - foto 6


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO