Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı

Hazırda oxunan: Pokrovskdakı vəziyyət çətin olaraq qalır - Ukrayna Baş Qərargahı
578929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hazırda Pokrovsk–Mirnohrad aqlomerasiya zonasında şəhərlərin mühasirəyə alınması və ya blokadası yoxdur. Həmçinin Ukrayna Müdafiə Qüvvələrinin heç bir bölməsi mühasirədə deyil. Bölmələr logistikanın təmin edilməsi üçün zəruri tədbirləri görür”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının sözçüsü mayor Andrey Kovalyov “Ukrainska Pravda” nəşrinə açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, Pokrovskdakı vəziyyət çətin olaraq qalır, lakin şəhər ərazisində rus qüvvələrinin aşkar edilməsi və məhv edilməsinə yönəlmiş kompleks əməliyyat davam etdirilir.


Qeyd edək ki, daha əvvəl Ukrayna Ali Radasının deputatı Bezuqlaya bildirib ki, Rusiya silahlı qüvvələri Ukraynanın Pokrovsk şəhərinin 80 faizindən çoxunu işğal edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO