Çinli həkimlər bunu da bacardı – DÜNYADA İLK DƏFƏ…

Çinli həkimlər bunu da bacardı – DÜNYADA İLK DƏFƏ…

Hazırda oxunan: Çinli həkimlər bunu da bacardı – DÜNYADA İLK DƏFƏ…
578765
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinli oftalmoloqlar cərrahi robotdan istifadə edərək 4200 kilometr məsafədə yerləşən xəstəyə subretinal inyeksiya əməliyyatını uğurla icra ediblər. Bu, dünyada ilk belə hal olub.

Bizim.Media xəbər verir ki, bu barədə Sun Yatsen Universiteti məlumat yayıb.

Qvanjou şəhərindən olan həkimlər Urumçidəki xəstəyə yardım göstəriblər, əməliyyatı isə 5G bağlantısı vasitəsilə idarə olunan robotlaşdırılmış qol vasitəsilə həyata keçiriblər.

Sun Yatsen Universitetinin nəzdindəki “Çjunşan” oftalmologiya mərkəzinin nümayəndəsi Lin Haotyan bildirib:

“Bu əməliyyat Çində uzaq məsafədən yüksək dəqiqlikli oftalmoloji cərrahiyanın praktiki tətbiqinə doğru mühüm addımdır.”

Robot Urumçidəki xəstənin gözünə mikroiynə yeridib, Qvanjoudakı mütəxəssislər isə onun hərəkətini məsafədən idarə edərək iynəni lazım olan dərinliyə qədər aparıb və dərmanı yeridiblər.

Əməliyyat cəmi yeddi dəqiqədən az çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO