Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlıq edəcək - Prosedur hazırlanır

Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlıq edəcək - Prosedur hazırlanır

Hazırda oxunan: Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlıq edəcək - Prosedur hazırlanır
55357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mədəniyyət Nazirliyində layihələrin hazırlanmasında QHT-lərlə əməkdaşlıq proseduru hazırlanır".

Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün tətbiq edilən proses və prosedur nazirlikdaxili layihələrə aiddir:

"Eyni zamanda bizim paralel olaraq QHT-lərlə əməkdaşlığımız da layihə idarəçiliyi çərçivəsində görülür. Bununla bağlı yaxın zamanlarda prosedur da hazır olacaq. Bu gün biz çalışırıq ki, Mədəniyyət Nazirliyi idarəçiliyin təkmilləşdirilməsi ilə məşğul olsun. İdarəçiliyin ilk mərhələsi təbii ki, daxili idarəçilikdir. Bu gündən etibarən isə layihəyönümlülüyə keçirik.
 

Bütün tərəfdaşlarla əməkdaşlığımızı, o cümlədən, QHT-lərlə əməkdaşlığı layihəyönümlü etmək istəyirik. Bunun ən böyük üstünlüyü şəffaflıqdır. Çünki artıq hər bir qərarı qəbul etməzdən öncə bütün cəlb olunan və həmin fəaliyyətdə iştirak edən bütün tərəflər layihədən xəbərdar olacaq.


Layihəyönümlülüyün vacib bir mərhələsi layihə sənədidir. Artıq hər bir təklif, təşəbbüs layihə sənədi əsasında formalaşdırılacaq və bu layihə sənədi bütün tərəflərlə müzakirə ediləcək. Bu, ümumi koordinasiyanı gücləndirəcək, eyni zamanda şəffaflıq yaradacaq".

"Korporativ dünya layihələrini maliyyə baxımından dəyərləndirirsə, bizim dəyərləndirmə sistemimiz başqadır. Çünki cəmiyyət qarşısında öhdəliklərimiz var. Mədəniyyət dəyərlərimizin tətbiqi və təşviq edilməsidir ki, bu da bizim sənədlərimizdə əks olunub. Layihələrin hazırlanması bizim illik fəaliyyət planına uyğun olacaq", - deyə nazir müavini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO