Ərdoğanın sözçüsü ABŞ-da Qarabağdan danışdı: “Azərbaycan regionda yeni səhifə açdı”

Ərdoğanın sözçüsü ABŞ-da Qarabağdan danışdı: “Azərbaycan regionda yeni səhifə açdı”

Hazırda oxunan: Ərdoğanın sözçüsü ABŞ-da Qarabağdan danışdı: “Azərbaycan regionda yeni səhifə açdı”
52635
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası regionun tarixində yeni səhifə açdı”. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Çikaqo şəhərində keçirilən MAS-ICNA konqresində çıxışı zamanı deyib.

Kalının qeyd etdiyi kimi, ABŞ-dakı erməni lobbisi Türkiyə ilə qarşıdurmanı özünün identifikasiyasının bir hissəsinə çevirib.

“Bölgədə başqa proseslər gedir, indi diasporun bütün enerjisi, bütün mübahisələri bitmək üzrədir. Türkiyə-Ermənistan münaqişəsi Cənubi Qafqazda sona çatır”.

Ərdoğanın sözçüsü Ankara və İrəvanın münasibətlərin normallaşması üçün addımlar atmasına da diqqət çəkib.

“Münasibətlərin normallaşması prosesi daha çox dənizə çıxışı olmayan, iqtisadiyyatı zəif olan və Rusiyanın himayəsində olan Ermənistana lazımdır. Bu proseslər həm siyasi, həm də iqtisadi baxımdan Ermənistana böyük töhfə verəcək”, - deyə İbrahim Kalın yekunlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO