KTMT-nin baş katibi: “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə tez başlanılmalıdır

Hazırda oxunan: KTMT-nin baş katibi: “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə tez başlanılmalıdır

51983

Dekabrın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanda işgüzar səfərdə olan KTMT-nin baş katibi Stanislav Zas ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, Qriqoryan bununla bağlı Facebook səhifəsində paylaşım edib.

O, qeyd edib ki, tərəflər Ermənistanın KTMT-yə sədrliyi dövründə həyata keçiriləcək proqramları müzakirə ediblər.
 

Bu kontekstdə terrorizmə, ekstremizmə, miqrasiya təhlükəsizliyinə, bioloji təhlükəsizliyə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə siyasətinin işlənib hazırlanması üzrə KTMT-yə üzv dövlətlərin birgə fəaliyyəti prioritet olaraq tanınıb.


Həmsöhbətlər Ermənistan-Azərbaycan, Tacikistan-Qırğızıstan və Tacikistan-Əfqanıstan sərhədlərində gərginliyin azaldılmasında KTMT-nin köməyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Armen Qriqoryan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti təqdim edərək, bu çətinliyin aradan qaldırılmasının Ermənistan üçün prioritet vəzifə olduğunu vurğulayıb.

Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin tezliklə başlanması üçün şəraitin təmin edilməsinin vacibliyi qarşılıqlı vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO