Xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək

Hazırda oxunan: Xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək

0:00
0:00
51128

Dekabrın 19-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən doktoranturada təhsil alan və ya təhsilinin bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahanlarda doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar iştirak edəcək.

İmtahanlarda 316 iddiaçı iştirak edəcək. 295 nəfər ingilis dili, 11 nəfər fransız dili, 10 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İddiaçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi";

- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və iddiaçı tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
 

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә (vizual mәlumatın yazılı tәsviri üçün ) ayrılır.


Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı dekabrın 20-də, danışıq bloku imtahanı isə dekabrın 26-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO