Vilayət Eyvazovdan sıra baxışı - 337 nəfər növbəti mərhələyə keçdi

Vilayət Eyvazovdan sıra baxışı - 337 nəfər növbəti mərhələyə keçdi

Hazırda oxunan: Vilayət Eyvazovdan sıra baxışı - 337 nəfər növbəti mərhələyə keçdi

51022

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, sıra baxışında 337 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Onlardan da 90 nəfəri Vətən müharibəsinin iştirakçıları və şəhid ailələrinin üzvləri olub.
 

MÖVZU İLƏ BAĞLI:

Kəmaləddin Heydərov qırğızıstanlı həmkarı ilə sənəd imzaladı


Ümumilikdə isə il ərzində daxili ilər orqanlarında xidmətə qəbul edilən gənclərdən 573 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər və şəhid ailələrinin üzvləridir.

Nazir V.Eyvazov xidmətə qəbul ediləcək gəncləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək onlara polis adını və şərəfini daim uca tutmalarını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO