Zakir Həsənov bəhreynli Komandanla nəyi müzakirə etdi? - FOTO

Zakir Həsənov bəhreynli Komandanla nəyi müzakirə etdi? - FOTO

Hazırda oxunan: Zakir Həsənov bəhreynli Komandanla nəyi müzakirə etdi? - FOTO
49994
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Bəhreyn Krallığı ilə birgə hərbi əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə görülən işlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qonaq həm öz adından, həm də Bəhreyn Kralı adından Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə təbriklərinin çatdırılmasını xahiş edib.

Görüşdə regionda hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın inkişaf perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.

Bizim.Media

Zakir Həsənov bəhreynli Komandanla nəyi müzakirə etdi? - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO