Ermənistanı dəstəkləyən islam ölkələrinin SİYAHISI – Qarabağ savaşlarının mərmi kimi DƏLİLLƏRİ

Hazırda oxunan: Ermənistanı dəstəkləyən islam ölkələrinin SİYAHISI – Qarabağ savaşlarının mərmi kimi DƏLİLLƏRİ

48952

44 günlük müharibə Azərbaycana zəfər qazandırmaqla yanaşı, ölkəmiz əsl dostlarını da yaxşı tanıya bilib. Əlbəttə ki, gerçək dostların arasında türkdilli və islam ölkələri də var.

Bizim.Media xəbər verir ki, Azərbaycanı dəstəkləməsinə heç kimin şübhəsi olmayan ölkələr bunlardır:

Türkiyə

Özbəkistan

Pakistan (Ermənistanı dövlət kimi tanımır)


Siyahını başqaları ilə də artırmaq olar, amma bu dəfə Ermənistanı dəstəkləyən müsəlmanlardan bəhs etmək istəyirik:

İran İslam Respubliklası I Qarabağ müharibəsində, ondan sonrakı işğal dönəmi və hətta 44 günlük savaş dövründə də Ermənistanı dəstəkləyib. Bir faktı demək kifayətdir ki, Ermənistan iqtisadiyyatının asılı vəziyyətdə olduğu ölkə İrandır. 

Qırğızıstan türkdilli və müsəlman ölkə olsa da, onların I Qarabağ savaşında Ermənistana silah ötürməsin də qeyd etməmək olmaz.

Qətərin də 44 günlük savaşda Ermənistana qanunsuz uçuşlar həyata keçirməsi barədə informasiyalar olub. Lakin ardınca Qətərin ölkəmizdəki səfiri Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşdə deyib ki, Ermənistanı işğala son qoymağa çağırmasa da, ümumilikdə Azərbaycanın mövqeyindən çıxış edir. Fələstinin elə dövrləri olub ki, islam ölkəsi hətta “Artsax”ı tanımaq istəyib.

İordaniyanın II Qarabağ savaşı zamanı Ermənistana silah ötürməsi ilə bağlı xəbərlər yayılırdı. Azərbaycan cəmiyyətində də yaranan hiddət beləydi:

“Peyğəmbər nəslindən olanlar məsciddə donuz saxlayanlara yardım edir”.

Livan erməni terrorçularının əsas saxlanc yerlərindən sayılır. Yoxsa qulaqburması verib gəbərtdiyimiz Monte Melkonyan orada ASALA terror təşkilatını qura bilməzdi. 

Suriya da işğalçıları dəstəkləyib. Elə Qarabağa muzdlu döyüşçü kimi gətirilən erməni terrorçuların bir qismi orada hazırlanıb.

Əlbəttə ki, siyahını Kim Kardaşyanın əndamına milyonlar tökən ərəb şeyxləri ilə artırmaq olar. Amma əsas məsələdən uzaqlaşmamaq üçün tarixə nəzər salaq:

Qafqaza, Qarabağa köçürülən ermənilərin çox hissəsi Suriya və İran əsillidir. Ona görə də erməniləri farslarla ərəblərin qarışığından (calağından) yaranma hibrid adlandıranlar da var. 

Yəni, ermənilər öz məqsədləri naminə hər millətlə ortaq tarix uydura bilir, həmin dövlətlərin qılığına girir və alət kimi istifadə edirlər. Buna görə də bəzi islam dövlətləri elə bir günahın altına giriblər ki, 6 ay musson yağışlarına düşsələr də, tam qüsul ala bilməyəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO