Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü

Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü

Hazırda oxunan: Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü
48100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Sahibə Qafarova Pakistan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova: “Azərbaycan bölgədə sabitliyi bərpa etmək istəyir”


Azərbaycan və Pakistanın dost və qardaş ölkələr olaraq, hər zaman bir-birini dəstəklədiyini söyləyən Milli Məclisin sədri yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın genişləndirilməsinə zəmin yaratdığını qeyd edib.

Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasına dair Azərbaycanın təşəbbüsünü dəstəklədiklərinə görə Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə razılığını bildirib.

Görüşdə Əsəd Qeysər Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıb.
 

O, qeyd edib ki, Pakistanın mövqeyi dəyişməzdir, ölkəsi hər zaman Azərbaycanın haqlı mövqeyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.


Əsəd Qeysər ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu, hərtərəfli əməkdaşlığın perspektivdə genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO