“İran, Azərbaycan və Türkiyə arasında problemin yaranmasına icazə vermək olmaz” -  İbrahim Rəisi

“İran, Azərbaycan və Türkiyə arasında problemin yaranmasına icazə vermək olmaz” -  İbrahim Rəisi

Hazırda oxunan: “İran, Azərbaycan və Türkiyə arasında problemin yaranmasına icazə vermək olmaz” -  İbrahim Rəisi
48050
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir”.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (IƏT) XV zirvə toplantısının kənarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“Üç ölkənin çoxlu mədəni, dini ortaqlıqları vardır. Eyni zamanda bu münasibətlərdə problemin yaranmasına icazə vermək olmaz”, - deyə o bildirib.

Rəisi İran və Türkiyə arasında münasibətlərin inkişafının iki ölkə xalqlarının və regionda sülh və stabilliyin xeyrinə olduğunu diqqətə çatdırıb.

İ.Rəisinin sözlərinə görə, İran və Türkiyənin ticarət dövriyyəsi münasibətlərin inkişafı potensialı hazırkı vəziyyətdən daha böyükdür. İki ölkə ticarət dövriyyəsi, iqtisadi və siyasi münasibətləri artırmaqla münasibətləri strateji səviyyəyə yaxınlaşdıra bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO