Şuşa şəhəri ilə bağlı qərar: Sərhədlər təsdiqləndi

Şuşa şəhəri ilə bağlı qərar: Sərhədlər təsdiqləndi

Hazırda oxunan: Şuşa şəhəri ilə bağlı qərar: Sərhədlər təsdiqləndi
47863
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən qoruğun mühafizə zonasının sərhədləri müəyyən edilib, ərazidə fəaliyyətin tənzimlənməsinə və qoruq rejiminin tətbiqinə hüquqi zəmin yaranıb.

Qeyd edək ki, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO