“Atamın ev muzeyinin bərpasında fəhlələrə kömək etdim” – Polad Bülbüloğlu

“Atamın ev muzeyinin bərpasında fəhlələrə kömək etdim” – Polad Bülbüloğlu

Hazırda oxunan: “Atamın ev muzeyinin bərpasında fəhlələrə kömək etdim” – Polad Bülbüloğlu
47474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Atamın ev muzeyi bərpa edilərkən səhərdən axşamadək fəhlələrin yanında oldum. Hər qurulan xırda daşı, görülən işi çox böyük həvəslə izlədim, hətta kömək də etdim. Buna görə xoşbəxtəm”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş forumdan sonra jurnalistlərə açıqlamasında bildirib. 

O, Vətən müharibəsindən sonra Qarabağdakı quruculuq işlərinin böyük sürətlə getdiyini qeyd edib: 

“Moskvada da da bu barədə mənə sual verirlər. Soruşurlar ki, necə mümkündür ki, o boyda beynəlxalq hava limanı cəmi 8 aya tikilib? Həqiqətən də möcüzədir. Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya özüm sükan arxasında gedib-gəlirəm. Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yolu salınıb. Digər ərazilərdəki quruculuq işləri də möhtəşəmliyi ilə seçiləcək”.

Polad Bülbüloğlu əlavə edib ki, öz dövlətində Prezidentinin böyük işlər gördüyü və hər bir işi uğurla həyata keçirdiyini görmək sadəcə zövqdür.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO