Azərbaycan filminin Oskara namizədliyi təsdiqləndi - FOTO/VİDEO

Azərbaycan filminin Oskara namizədliyi təsdiqləndi - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan filminin Oskara namizədliyi təsdiqləndi - FOTO/VİDEO
46274
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi “94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib.

Bizim.Media-nın məlumatına görə, Azərbaycan Reapublikası Kinematoqrafçılar İttifaqının Oskar Komitəsinin seçimi ilə müəyyənləşən film “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.
 

“Daxildəki ada” filminin ssenari müəllifi və rejissoru Rüfət Həsənovdur. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.


Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. 

Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.

Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.

Bizim.Media
 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO