“Sülhməramlıların silahdan yalnız iki halda istifadə etmək hüququ var” - Sergey Markov

“Sülhməramlıların silahdan yalnız iki halda istifadə etmək hüququ var” - Sergey Markov

Hazırda oxunan: “Sülhməramlıların silahdan yalnız iki halda istifadə etmək hüququ var” - Sergey Markov
45999
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sülhməramlıların silahdan yalnız iki halda istifadə etmək hüququ var: Canlarını qorumaq və mülki vətəndaşları qorumaq üçün”.

Bizim.Media xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Şuşa yaxınlığında dünən baş vermiş terror aktını şərh edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan xəritələri satmaq, nəyəsə dəyişmək istəyir” – Rusiyalı ekspert


O, Qarabağda Azərbaycanın müvəqqəti nəzarətində olmayan ərazilərdə silahların və hərbiləşdirilmiş dəstələrin olmasını böyük problem adlandırıb.

“Rusiya sülhməramlılarının antiterror əməliyyatı keçirmək mandatı yoxdur. Bu, sazişi imzalayan digər ölkələr - Azərbaycan və Ermənistanla razılaşdırılmalıdır. Fikrimcə, sülhməramlılar silahların yığılması üçün hansısa əməliyyatlar aparmalıdırlar. Amma bunun üçün mandatlarını genişləndirməlidirlər. Bu, növbəti danışıqların mövzusu olacaq. Problemi həll etmək lazımdır.
​​​​​​​

Qarabağın Azərbaycanın nəzarətində olmayan ərazilərində müxtəlif dərəcədə Ermənistan silahlı qüvvələrinə bağlı olan hərbiləşdirilmiş qruplar sərbəst fəaliyyət göstərir. Həmin qüvvələr təhlükəsiz şəkildə terror hücumlarını hazırlaya bilir və bu, böyük problemdir.


Əgər vəziyyət həll olunmasa, bu o deməkdir ki, Azərbaycan tərəfi belə bir əməliyyatı özü, o cümlədən, gördüyümüz kimi, hansısa silahların daşınması üçün istifadə olunan Laçın dəhlizində həyata keçirmək hüququ əldə edir”, - deyə politoloq bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO