Maşın bazarında “partlayış” baş verdi – Olayın SƏBƏBLƏRİ

Maşın bazarında “partlayış” baş verdi – Olayın SƏBƏBLƏRİ

Hazırda oxunan: Maşın bazarında “partlayış” baş verdi – Olayın SƏBƏBLƏRİ

44775

Son günlərdə Azərbaycanda avtomobillərin qiyməti bahalaşıb. Avtomobil bazarında qiymət artımı yeni maşınlarla yanaşı köhnə maşın təkliflərində də özünü göstərir. Qiymətlər avtomobilin buraxılış ili, texniki göstəriciləri ilə uyğunsuzluq təşkil edir ki, bu da təəccüb doğurmaya bilmir.

Bizim.Media avtomobil bazarındakı durumu əmlak eksperti Ramil Osmanlı ilə müzakirə edib.

Ekspert ümumiyyətlə son illərdə avtomobillərin qiymət artımı tendensiyasını idxalın məhdudlaşdırılması istiqamətində atılan addımlarla əlaqələndirib: 

“İnzibatı qərarlar idxal olunan avtomobillərin dəyərinə təsir göstərir. Eyni zamanda gömrük, idxal, aksiz rüsumlarının artımı, rüsumlarla yanaşı gömrük orqanlarının tətbiq etdiyi qeyri-rəsmi qərarlar avtomobil vasitələrinin qiymətinə təsir edir.
 

MÖVZU İLƏ BAĞLI:

RÜSUMLAR qüvvəyə minməmiş Tovuzda avtomobil bazarı “od-tutub yanır” – FOTOREPORTAJ


Məsələn, auksion vasitəsilə xaricdən avtomobil alırıq və onun Azərbaycan sərhədinə qədər qiyməti 2500-3000 manata gəlib çıxır, gömrük orqanları isə hesab edir ki, onun real dəyəri 6000 manatdır. Rüsumları, ƏDV-ni də həmin rəqəmin üzərində tətbiq edirlər.

Belə olduğu təqdirdə, təbii ki, qiymətlər artacaq və bunun qarşısını almaq mümkün olmayacaq. Buna görə də biz illər keçdikcə Azərbaycana idxal edilən nəqliyyat vasitələrinin həcmininin azaldığını müşahidə edirik və bunda gömrük orqanlarının rolu var”.

Ramil Osmanlı köhnə avtomobillərin qiymət artımını isə belə izah edib: 

“Bəzi istismar olunan avtomobillərə tələb yüksək olsa da, təklif tədricən azalır. Ona görə də biz həmin avtomobillərin qiymətində ucuzlaşma deyil, əksinə bahalaşma müşahidə edirik. Bura Rusiya, eləcə də buraxılış ili köhnə olan, Avro-4 standartlarına cavab verməyən Almaniya və digər xarici ölkələrin istehsalı olan avtomobillər də daxildir”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO