
- A-
- A
- A+
Region
14:48 / 23.10.2021
“Təcili şəhər klinikasına köçürülməlidir” – Saakaşvilinin həkimi danışdı
Hazırda oxunan: “Təcili şəhər klinikasına köçürülməlidir” – Saakaşvilinin həkimi danışdı
42900
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gürcüstanın keçmiş prezidenti, hazırda Gürcüstanda həbs edilən Mixeil Saakaşviliyə axşam saatlarında qan köçürülüb və səhhəti stabilləşib.
Bizim.Media İnterfaksa istinadən xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze jurnalistlərə açıqlamasında bildirib.
“Saakaşvilinin qan testinin parametrlərindən biri pis idi, buna görə də yerli həbsxana həkimləri və təcili yardım qrupu mənə qanköçürmədə kömək etdi və bundan sonra Saakaşvilinin vəziyyəti sabitləşdi”.
N.Kipşidze açıqlamasında həmçinin Saakaşvilini həkim nəzarəti altında təcili şəhər klinikasına köçürülməsinin vacibliyini də vurğulayıb.
“İndi Saakaşvilinin səhhəti nisbətən daha yaxşıdır”.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































