Bakını bir-birinə qatan sürücü həbs edildi - VİDEO

Hazırda oxunan: Bakını bir-birinə qatan sürücü həbs edildi - VİDEO

42679

Bakıda yol polisinin “Saxla” əmrinə tabe olmayan sürücü 20 sutkalıq həbs edilib. 

Bizim.Media xəbər verir ki, “Volkswagen” markalı 99-RP-760 dövlət nişanlı avtomobili idarə edən 1996-cı il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu sakini Nihat Arif oğlu Sadiqov sürücülük hüququndan da məhrum edilib.
 

Qeyd edək ki, o, “Volkswagen” markalı 99-RP-760 dövlət nişanlı avtomobili idarə edən zaman piyadaya yol verməyib.


Bu zaman yol-patrul xidmətinin əməkdaşları ona avtomobili saxlamaq əmri veriblər. 

Nihat Sadiqov sənədləri təqdim etmək adı ilə nəqliyyat vasitəsinə əyləşib və yüksək sürətlə hərəkətini davam etdirib. Şəhərin mərkəzində işıqforun tələblərinə məhəl qoymayan, əks yolla hərəkət edən sürücü süni tıxac vasitəsi ilə saxlanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO