Ermənilər Şurnuxu və Şahverdilər kəndlərindən təxliyə edildi – RƏSMİ

Hazırda oxunan: Ermənilər Şurnuxu və Şahverdilər kəndlərindən təxliyə edildi – RƏSMİ

0:00
0:00
34349

Zəngəzur qubernatorunun müavini yolu kəsilən erməni kəndlərindəki vəziyyətdən danışıb.

Bizim.Media xəbər verir ki, Narek Babayan “SputnikArmenia”ya bildirib ki, yolun açılması ilə bağlı danışıqlar yenidən başlamalıdır.

Onun sözlərinə görə, Şurnuxu və Şahverdilər kəndlərinin bəzi sakinləri təxliyə edilib, lakin evlərini tərk etmək istəməyənlər də var:

“Şurnuxudan Vorotan və Xot vasitəsilə Gorusa getmək olar, lakin Qafana gedən yol bağlıdır”.
 

O, əlavə edib ki, azərbaycanlılar Şahverdilər ərazisində torpaq işləri görürlər, ora tikinti texnikası gətirilib.

Xatırladaq ki, dünən təxminən 50 azərbaycanlı əsgər David Bek kəndi yaxınlığındakı Gorus-Qafan, bu gün isə Gorus-Şahverdilər magistral yolunu bağlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO