Xocalı qatili olan erməni general öldü

Xocalı qatili olan erməni general öldü

Hazırda oxunan: Xocalı qatili olan erməni general öldü
3020
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan müdafiə nazirinin sabiq müavini, general-leytenant Manvel Qriqoryan ölüb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan “Respublika” partiyasının üzvü Karen Avaqyan bildirib.

Qeyd edək ki, oktyabrın 20-də səhhəti kəskin pisləşən Qriqoryanı reanimasiyaya yerləşdiriblər.

Xatırladaq ki, M. Qriqoryan Ermənistan parlamentinin sabiq deputatı olub. 2018-ci ilin iyun ayında onun barəsində cinayət işi başlanılıb və o, həbs edilib.

O, qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirləndirilib.

Lakin 2020-ci ilin yanvar ayında məhkəmə səhhətində yaranmış problemlə bağlı onun barəsində həbs qətimkan tədbirini dəyişərək, M. Qriqoryanı azadlığa buraxıb.

Xatırladaq ki, Ermənistanın milli qəhrəmanı Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO