
- A-
- A
- A+
Cəmiyyət
11:09 / 15.07.2021
Saatlıda qonşusunun təsərrüfatını yandıran şəxs tutuldu
Hazırda oxunan: Saatlıda qonşusunun təsərrüfatını yandıran şəxs tutuldu
28639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Saatlı rayonu Sımada kənd sakini B.Aslanov Rayon Polis Şöbəsinə müraciət edərək iyul ayının 11-də ona məxsus fərdi təsərrüfatda yanğın baş verməsi barədə məlumat verib.
Bizim.Media Daxili İşlər Nazirliyinin Şirvan regional qrupuna istinadla bildirir ki, polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.
Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən Sabirabad rayonu Moranlı kənd sakini Valid Hüseynli saxlanılıb.
Dindirilmə zamanı V.Hüseynli törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































