Ədəbiyyat dərsliklərində məlumatlar təhrif olunur? – Alimdən SENSASİON AÇIQLAMA – FOTO

Ədəbiyyat dərsliklərində məlumatlar təhrif olunur? – Alimdən SENSASİON AÇIQLAMA – FOTO

Hazırda oxunan: Ədəbiyyat dərsliklərində məlumatlar təhrif olunur? – Alimdən SENSASİON AÇIQLAMA – FOTO
269283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ədəbiyyat dərsliklərində milli-ədəbi təbliğin miflərlə, təhriflərlə və ideoloji əlavələrlə yüklənərək elmi əsaslardan uzaqlaşdırılması gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva öz paylaşımında bildirib. 

O, qeyd edib ki, Azərbaycan ədəbiyyatının tədrisi və təbliği nağıllar, uydurmalar və s.-dən xilas edilib tarixi gerçəkliyə uyğun qurulmalıdır: 
 

“Nizaminin saraylardan uzaqdakı fəaliyyətinin biryönlü təqdimi şəxsiyyəti haqqında yanlış təsəvvür yaradır. Onun neçə dəfə evlənməsinin xüsusi vurğuyla orta məktəb dərsliyinə salınmasının nə əhəmiyyəti var?


Nəsiminin Şamaxı doğumlu olmasının israrla bildirilməsi, diri-diri dərisi soyularkən şeir söyləyəcək qədər supergüc sahibi kimi tanıdılması, Füzulinin Azərbaycandan olduğunu sübut üçün Ağcabədinin Hindarx kəndindən olması nağılının uydurulması Azərbaycan klassik ədəbiyyatının bu görkəmli nümayəndələrinin yalnız və yalnız təhrifli və elmsiz təqdimidir”. 

Alim qeyd edib ki, şairlərin həyat yolu və şəxsiyyəti tarixi qaynaqlara söykənən faktlar əsasında, tarixi gerçəkliyə uyğun təqdim olunmalı, dünyagörüşlərinin tədrisində sovet ideologiyasının təsirindən azad olan elmi biliklərə söykənilməlidir.

Ədəbiyyat dərsliklərində məlumatlar təhrif olunur? – Alimdən SENSASİON AÇIQLAMA – FOTO - foto 1

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO