Daha bir rayonda yas mərasimi ilə bağlı israfçılığa YOL VERİLMƏYƏCƏK - FOTO

Daha bir rayonda yas mərasimi ilə bağlı israfçılığa YOL VERİLMƏYƏCƏK - FOTO

Hazırda oxunan: Daha bir rayonda yas mərasimi ilə bağlı israfçılığa YOL VERİLMƏYƏCƏK - FOTO
268255
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuzda yas mərasimlərində izafi xərclərə nəzarət artırılacaq. 

Oğuzda yas mərasimlərinin keçirilməsi, bu sahədəki vəziyyətin yaxşılaşdırılması, uyğunsuzluqların aradan qaldırılması, adət-ənənələrin təkmilləşdirilməsi və onların sadələşdirilməsi istiqamətində iş aparılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz Rayon Ağsaqqallar Şurasının, İctimai şuranın, şəhid ailələlərinin üzvləri, ictimai təşkilatların nümayəndələri, din xadimləri, şəhər sakinlərinin iştirakı ilə müzakirələr keçirlib. 
 

Müzakirələrdə yas mərasimlərinin keçirilməsi ilə əlaqədar adət-ənənələrin təkmilləşdirilməsi, onların sadələşdirilməsi, bu zaman artıq məsrəflərə yol verilməsinin qarşısının alınması ilə bağlı məsələlər barədə fikir və mülahizələr, rəy və təkliflər səsləndirilib. 


Belə qərara gəlinib ki, rayon ərazisində keçirilən yas mərasimlərində xüsusi heyətlər iştirak etsin və sakinlərə əlavə və izafi xərclərin qarşısının alınmasının məqbul sayılması barədə məlumat verilsin. 

Daha bir rayonda yas mərasimi ilə bağlı israfçılığa YOL VERİLMƏYƏCƏK - FOTO - foto 1
Daha bir rayonda yas mərasimi ilə bağlı israfçılığa YOL VERİLMƏYƏCƏK - FOTO - foto 2
Daha bir rayonda yas mərasimi ilə bağlı israfçılığa YOL VERİLMƏYƏCƏK - FOTO - foto 3

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO