Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdi

Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdi

Hazırda oxunan: Ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdi
26724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 24-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.

Bizim.Media bildirir ki, DİM-dən verilən məlumata görə, elan üzrə 13 dövlət orqanında mövcud olan 77 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 234 namizədlə 238 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Maliyyə Nazirliyi, Büdcə şöbəsi, Yerli xərclərin tərtibinə nəzarət və icrasının təhlili sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 30 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial təminat siyasəti şöbəsi, Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərlə iş sektoru, böyük məsləhətçi (1 vakant yer üzrə 24 nəfər) vəzifələri olub.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici dillər üzrə qəbul imtahanlarının nəticələri açıqlandı


Müsahibələrin 6 – 22 iyul tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmalıdır.

Namizədlər müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO