Hakan Fidan İstanbul danışıqlarının təfərrüatlarını AÇIQLADI

Hakan Fidan İstanbul danışıqlarının təfərrüatlarını AÇIQLADI

Hazırda oxunan: Hakan Fidan İstanbul danışıqlarının təfərrüatlarını AÇIQLADI
249764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda baş tutan görüşün nəticələri barədə açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu gün sülhə nail olmaq üçün mühüm bir gündür. İntensiv diplomatik səylər sayəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda bir araya gəldi. Görüşün sonunda etimadı gücləndirmək üçün 1000-ə 1000 mübadilə formatı ilə bağlı razılıq əldə etdilər.

Onlar həmçinin atəşkəsə nail olmağa imkan verəcək şərtlərin yazılı mübadiləsinə razılaşdılar.

Tərəflər yeni görüşlə bağlı da prinsipial razılığa gəliblər. Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün mümkün olan hər cür səyi davam etdirəcək”, - H. Fidan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO