Sabiq prezidentin evinin yaxınlığında silahlı İNSİDENT - Yaralılar var - FOTO

Sabiq prezidentin evinin yaxınlığında silahlı İNSİDENT - Yaralılar var - FOTO

Hazırda oxunan: Sabiq prezidentin evinin yaxınlığında silahlı İNSİDENT - Yaralılar var - FOTO
247448
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin evinin yaxınlığında silahlı insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Zurabişvili özünün Facebook səhifəsində məlumat verib.

Məlumata görə, ərazidə odlu silahdan səkkiz dəfə atəş açılıb, güllələrdən biri onun Köhnə Tbilisidə, Qudiaşvili meydanı yaxınlığındakı evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Onun sözlərinə görə, səhər saat 04:20 radələrində bir neçə nəfərin iştirakı ilə qışqırıqlarla müşayiət olunan və atışma ilə bitən kütləvi dava olub. O, güllələrin düşdüyü yerləri əks etdirən fotoşəkilləri də paylaşıb və dövlət himayəsindən məhrum olduğunu da xatırladıb.

Gürcüstan Daxili İşlər Nazirliyi naməlum şəxslər arasında münaqişənin baş verdiyini, iki nəfərin odlu silahdan yaralandığını təsdiqləyib. İdarədən verilən məlumata görə, şübhəlinin şəxsiyyəti müəyyən edilib, onun saxlanılması istiqamətində işlər aparılır.

Sabiq prezidentin evinin yaxınlığında silahlı İNSİDENT - Yaralılar var - FOTO - foto 1
Sabiq prezidentin evinin yaxınlığında silahlı İNSİDENT - Yaralılar var - FOTO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO