Romada azarkeşlər arasında kütləvi DAVA – VİDEO

Romada azarkeşlər arasında kütləvi DAVA – VİDEO

Hazırda oxunan: Romada azarkeşlər arasında kütləvi DAVA – VİDEO
231409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Romada "Latsio"nun fanatları "Real Sosyedad"ın azarkeşlərinə hücum ediblər. 

Bizim.Media xəbər verir ki, komandaların Avropa Liqasındakı oyunundan bir gün əvvəl şəhərin mərkəzində azarkeşlər arasında toqquşma baş verib.

"Real Sosyedad"ın təxminən 70 fanatına 80-ə yaxın "Latsio"lu hücum edib. Polis gələndə hücum edənlər qaçıblar. Hadisə yerindən çəkic, bıçaq, zəncir, açarlar və müxtəlif növ armaturlar aşkar edilib. 

Hadisə nəticəsində, doqquz nəfər yaralanıb. Üç fanat bıçaqlanıb, lakin onların həyatı üçün təhlükə yoxdur. Üç nəfər də sağalma müddəti beş-səkkiz gün olmaqla evə buraxılıb. Daha üç nəfər isə müalicəni gözləməyərək gedib. 

Hücum edənlərdən bir neçəsinin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır. 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO