Vladimir Putin İlham Əliyevə zəng etdi

Vladimir Putin İlham Əliyevə zəng etdi

Hazırda oxunan: Vladimir Putin İlham Əliyevə zəng etdi
226720
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bizim.Media xəbər verir ki, Rusiya Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.


Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətinə toxunulub, Vladimir Putinin bu il Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi işinə mühüm töhfə verdiyi qeyd olunub.

Telefon söhbəti zamanı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO