"HƏMAS" israilli girovların siyahısını Misirə təhvil verdi

"HƏMAS" israilli girovların siyahısını Misirə təhvil verdi

Hazırda oxunan: "HƏMAS" israilli girovların siyahısını Misirə təhvil verdi
224764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"HƏMAS" təşkilatı əlində olan israilli girovların siyahısını Misirə təhvil verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" kanalı yayıb.

Mənbə qeyd edir ki, "HƏMAS" Rəfah keçidinə tam nəzarəti Fələstin Muxtariyyətinə təhvil verməyi təklif edib.

Təşkilat İsrail ordusunun Filadelfiya dəhlizindən çıxmasını tələb edir.

Daha əvvəl bildirilmişdi ki, ABŞ və Misir İsrailə təzyiq edərək ordusunu Filadelfiya dəhlizindən çıxarmağı tələb edir.

Aydındır ki, razılığın əldə olunması hər iki tərəfdən asılıdır. İsrail rəsmiləri "Kan"a bildiriblər ki, optimist olmaq hələ tezdir. Danışıqlarda irəliləyiş həm İsrailin, həm də HƏMAS-ın çevikliyindən asılıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO