Sumqayıtda beşmərtəbəli binada YANĞIN – Biri azyaşlı olmaqla 5 nəfər təxliyə edilib - VİDEO

Sumqayıtda beşmərtəbəli binada YANĞIN – Biri azyaşlı olmaqla 5 nəfər təxliyə edilib - VİDEO

Hazırda oxunan: Sumqayıtda beşmərtəbəli binada YANĞIN – Biri azyaşlı olmaqla 5 nəfər təxliyə edilib - VİDEO
224142
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 

Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın ikinci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.


Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.

Mənzillər yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO