
- A-
- A
- A+
Polşada dövlət çevrilişinə cəhd: Prezident səfərini yarımçıq dayandırdı - Video
Polşada Baş nazir Donald Tuskun göstərişi ilə polisin Konstitusiya Tribunalının Varşavadakı binasına göndərildiyi və əraziyə gedən yolların bağlandığı barədə məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə Polşa Prezidenti Karol Navroçkinin Seneqalda rəsmi səfərdə olduğu vaxta təsadüf edib.
Məlumatlara görə, prezident baş verənlərə görə səfərini yarımçıq dayandırıb və təyyarəsinin geri qayıtması barədə göstəriş verib.
İddialara əsasən, tribunalın mühafizəsi kənarlaşdırılıb, qurumun sədr müavininin isə binaya daxil olmasına maneə yaradılıb. Bir sıra polşalı siyasətçilər baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndiriblər.
Qeyd edək ki, Donald Tusk “X” sosial şəbəkəsində paylaşım edərək Polşada hüququn aliliyinin bərpası üçün qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb. O bildirib ki, hüquqi dövlətin bərpası hökumətinin vəzifəsidir.
Baş nazirin sözlərinə görə, “Hüquq və Ədalət” (PiS) partiyasının hakimiyyəti dövründə hökm sürən qanunsuzluqlardan sonra bu proses mürəkkəb və bəzən ağrılıdır. Buna görə də qətiyyətli addımlar atılmalıdır. Tusk alternativ yolun olmadığını qeyd edib.
Polşa Konstitusiya Tribunalı isə ölkədə baş verənləri dövlət çevrilişi kimi qiymətləndirib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































