“COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub - FOTO

“COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub - FOTO

Hazırda oxunan: “COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub - FOTO
221966
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin Azərbaycan və rus dillərində pilot şəklində hazırladığı iqlim dəyişmələri haqqında metodik vəsaitin hazırda ingilis dili versiyası üzərində işlər gedir.

Hər üç dildə onlayn olaraq yayımlanacaq metodik vəsait bu sahədə məlumat əldə etmək istəyən hər kəs üçün əlçatan olacaq. Kitabın ilk 28 bölməsini “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin mütəxəssisləri hazırlayıblar.

Yekun 29-cu dərs isə COP29 Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və COP29-un gənc iqlim çempionu Leyla Həsənova tərəfindən oxuculara tövsiyələr şəklində tamamlanıb.

Kitabın ideya müəllifi və baş redaktoru “EkoSfera” SEM-in rəhbəri Firuzə Sultan-zadədir.

“COP29 - İqlim, Planet və Biz” kitabının təqdimatı olub - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO