
- A-
- A
- A+
İdman
00:24 / 31.10.2024
1 dəq oxunma
“Turan Tovuz”un məşqçisi afrikalı futbolçuları İZLƏYƏCƏK
Hazırda oxunan: “Turan Tovuz”un məşqçisi afrikalı futbolçuları İZLƏYƏCƏK
218541
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin köməkçisi Cavid Hüseynov BƏƏ-nin Şarja şəhərində “Elite Falcons Football Club” tərəfindən təşkil olunan “Blue Crow Cup 2024” Beynəlxalq futbol turnirində iştirak edir.
Bizim.Media xəbər verir ki, 2005, 2006 və 2007-ci il təvəllüdlü futbolçular arasında keçirilən turnirdə əsasən Afrikadan olan istedadlı futbolçular çıxış edirlər.
3 gün davam edəcək işgüzar səfərin sonunda Cavid Hüseynov hazırladığı hesabatı klub rəhbərliyinə və baş məşqçiyə təqdim edəcək.
Qeyd edək ki, bir çox istedadlı futbolçunun kəşf olunduğu turniri tanınmış klubların məşqçi və skaut heyətləri yaxından izləyirlər.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.




























































































